Azərbaycana ən çox pul köçürmələri hansı ölkələrdən olub? – SİYAHI

Azərbaycana ən çox pul köçürmələri hansı ölkələrdən olub? – SİYAHI

Bu ilin birinci rübündə Azərbaycana xaricdən fiziki şəxslər tərəfindən 451,54 milyon dollar məbləğində pul göndərilib.

 

Sfera.az xəbər verir ki, göndərilən pulun məbləği ötən ilin birinci rübü ilə müqayisədə 211,5 milyon dollar, yəni 88,1 faiz artıb.

 

Bu il ölkəmizə göndərilən pulun əsas hissəsi Rusiyanın payına düşüb və artımda da şimal qonşumuzun payı olduqca böyükdür.

 

Rusiyadan Azərbaycana 312,6 milyon dollar göndərilib. Bu məbləğ 212,9 milyon dollar və ya 2,13 dəfə artıb. Şimal qonşumuzdan ötən ilin birinci rübündə 99,7 milyon dollar göndərilmişdi.

 

Rusiyadan köçürülən pulun məbləğinin kəskin artması Ukrayna-Rusiya müharibəsindən sonra baş verib və artım prosesi hələ də davam edir. Müxtəlif səbəblərdən Rusiyada yaşayan insanlar yüzmilyonlarla dollar məbləğində vəsaiti Azərbaycana köçürür.

 

Rusiyadan sonra ən çox vəsait Türkiyədən (32,6 milyon dollar) və ABŞ-dən (15,8 milyon dollar) göndərilib.

 

Ölkəmizə köçürmələr artsa da Azərbaycandan xaricə göndərilən pul azalıb.

 

İlk 3 ayda xaricə 132,4 milyon dollar göndərilib ki, bu da əvvəlki ilin birinci rübü ilə müqayisədə 19,1 milyon dollar azdır.

 

Ölkəmizdən ən çox pul Türkiyəyə (34 milyon dollar), Rusiyaya (20 milyon dollar), Gürcüstan və ABŞ-yə (hər birinə 12,7 milyon dollar) köçürülüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...