“Araşdırmalar başladı” – Zelenskidən Kaxovka bəndi ilə bağlı AÇIQLAMA 

“Araşdırmalar başladı” – Zelenskidən Kaxovka bəndi ilə bağlı AÇIQLAMA 

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı Kaxovka bəndinin partladılması və onun törətdiyi böyük daşqınla bağlı araşdırmaya başlayıb.

 

Sfera.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

O, məhkəmə nümayəndələrinin son günlər Xerson vilayətinə səfər etdiyini bildirib: “Təbii fəlakətdən sonra elə birinci gün Baş Prokurorluq bu fəlakətin araşdırılması ilə bağlı beynəlxalq cinayət məhkəməsinə müvafiq sorğu göndərib və artıq işlərə başlanılıb”.

 

Zelenski beynəlxalq hüquq ekspertlərinin fəlakətin nəticələrini, o cümlədən su basmış ərazilərin atəşə tutulması hallarını görməsinin vacib olduğunu söyləyib. O əlavə edib ki, Ukrayna xilasetmə qrupları Rusiyanın işğalı altında olan Dnepr çayının şərq sahilindəki ərazilər də daxil olmaqla, zərər çəkmiş bölgələrdən 4 minə yaxın sakini təxliyyə edib.

 

Xatırladaq ki, ötən gün təxliyyə edilənləri daşıyan qayıqların atəşə tutulması nəticəsində 3 nəfər ölüb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...