Makronun bu addımı ABŞ və Yaponiyanı QƏZƏBLƏNDİRDİ: “Planlar pozulur”

Makronun bu addımı ABŞ və Yaponiyanı QƏZƏBLƏNDİRDİ: “Planlar pozulur”

“Paris NATO-nun Tokioda ofis açmasının əleyhinədir”.

 

Bunu Fransanın Yaponiyadakı səfiri Filipp Setton deyib. Səfir bildirib ki, NATO-nun Tokioda ofis açması Çinin qəzəbinə səbəb ola bilər, buna yol vermək olmaz. Digər tərəfdən, Pekin NATO-nun Asiya bölgəsinə genişlənməsinin əleyhinə olduğunu dəfələrlə bildirib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Parisin mövqeyi Pekinin mövqeyi ilə üst-üstə düşür:

 

“Paris ehtiyat edir ki, NATO Pekinlə münasibətləri gərginləşdirərsə, Çin Rusiya ilə daha çox yaxınlaşa bilər. Halbuki, NATO Asiyada fəallaşmadan da Pekin Kremllə əməkdaşlığı gücləndirib. İki ölkə arasında artan təmaslar və ticarət tərəfdaşlığı da bundan xəbər verir. NATO-nun Tokioda ofis açması üçün təşkilat üzvlərinin qərarı konsensus əsasında verilməlidir. Yəni NATO üzvlərindən biri Yaponiyanın paytaxtında ofisin açılmasının əleyhinədirsə, məsələ müsbət həll olunmayacaq. Bu məsələ NATO-nun Vilnyusda iyulun 11-12-də keçiriləcək sammitində müzakirə edilməli idi. Yaponiyanın baş naziri Fumio Kisidonun sözlərinə görə, Yaponiya NATO üzvü olmaq istəmir. Buna baxmayaraq, Yaponiya Çinin artan gücündən ehtiyat edərək Şimali Atlantika Bloku ilə əməkdaşlığı genişləndirməyə çalışır. NATO-nun Tokioda ofis açmaq istəyi buna xidmət etməliydi”.

 

Ekspert qeyd edib ki, Parisin mövqeyi ABŞ və Yaponiyada narazılıqla qarşılanıb:

 

“ABŞ və Yaponiya Çinin bölgədə artan hərbi gücündən narahatdır. NATO-nun Tokioda ofis açması Pekinə ciddi xəbərdarlıq olmalıydı ki, Şimali Atlantika Blokunun bölgədəki tərəfdaşlarına təhlükə yaratmasın. Paris Vaşinqtonun və Tokionun planlarını pozmaq üzrədir. Maraqlıdır ki, NATO-nun Tokioda ofis açmasının doğru olmadığını bildirən Emmanuel Makron 2019-cu ildə “Economist” dərgisinə verdiyi müsahibədə belə demişdi: “NATO beyin ölümü keçirib. Bu səbəbdən strateji qərarların qəbulunda Fransanın ABŞ və təşkilatdakı tərəfdaşlarıyla koordinasiyası yoxdur”. Makron 4 il əvvəl NATO-nun “beyin ölümü” keçirdiyini iddia etdiyi halda indi təşkilata ağıl öyrətməyə çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...