Taksilərlə bağlı yeni dövlət rüsumları olacaq - SİYAHI

Taksilərlə bağlı yeni dövlət rüsumları olacaq - SİYAHI

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazələrin verilməsi üçün dövlət rüsumlarının dərəcələri müəyyənləşir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

 

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir.

 

Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.

 

Eyni zamanda Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.

 

Rüsumların bu il oktyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR