Milli Qəhrəman Allahverdi Bağırovun anım günüdür - DOSYE+VİDEO

Milli Qəhrəman Allahverdi Bağırovun anım günüdür - DOSYE+VİDEO

12 iyun Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırovun şəhid olduğu gündür.

 

Sfera.az Allahverdi Bağırovun keçdiyi şərəfli həyat yolunu təqdim edir.

 

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın payı sanaraq Allahverdi adlandırıb. O, uşaq yaşlarından cəsarəti və qorxmazlığı ilə  həmyaşıdlarından fərqlənib.

 

Kiçik yaşlarından idmana, xüsusən də futbola böyük həvəsi olub. 1976-cı ildə Ağdam klubunun baş məşqçisi təyin edilib və elə həmin il keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında xüsusi səy göstərib. Onun komandadakı son qələbəsi isə "Neftçi" ilə keçirilən görüşdə olub. Belə ki, 1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən qarşılaşmada Ağdam klubunun qolunu məhz Allahverdi Bağırov vurub.

 

A.Bağırovun  Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, həmçinin üç gün ərzində 1003 Xocalı əsirini erməni girovluğundan xilas edib.

 

Məhz Allahverdi Bağırovun səyləri nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

 

1992-ci il 12 iyunda təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşür. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olur. Tankçı Sevil Abbasovanın sözlərinə görə onu ancaq sənədlərindən tanımaq mümkün olmuşdu.

 

Əzizə Zeynal

 

Ətraflı videosüjetdə:


OXŞAR XƏBƏRLƏR