Azərbaycana gələn Çin turistlərinin sayı 11 dəfə artıb - STATİSTİKA

Azərbaycana gələn Çin turistlərinin sayı 11 dəfə artıb - STATİSTİKA

2023- cü ilin may ayında Azərbaycana 190 min nəfər gəlib.

 

Sfera.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin təqdim etdiyi statistikaya əsasən, bu nəticə 2022-ci ilin may ayı ilə müqayisədə 38% artım deməkdir.

 

2023-cü ilin may ayında Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə Rusiya (65min), Türkiyə (33 min), İran (14 min), Hindistan (9 min) və Gürcüstandır (9 min).

 

Qeyd edilir ki, 2023-cü ilin may ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2022-ci ilin may ayı ilə müqayisədə 11 dəfə artıb. Ötən ay Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı isə ölkəyə gələn bütün əcnəbilərin 34%-ni təşkil edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR