Venesuela prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Venesuela prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


OXŞAR XƏBƏRLƏR