"Niyə Zaur efirdə şəxsi həyatımı müzakirə edir?" - İradə əsəbiləşdi

"Niyə Zaur efirdə şəxsi həyatımı müzakirə edir?" -  İradə əsəbiləşdi

"ONDAN TƏLƏB EDİRƏM Kİ, EFiRDƏN ÇIXARDIĞI HƏMİN HİSSƏLƏRİ MƏNƏ GÖSTƏRSİN"

ATV-nin aparıcısı Zaur Baxşəliyev "Bizimləsən" verilişində müğənni İradə İbrahimovanın ana olarkən lentə alınan videosunu yayımlayıb və müzakirəyə qoyub. 
Sfera.az axşam.az-dan aldığı  məlumatına görə, aparıcı videodakı bəzi məqamları kəsərək efirə verib və bildirib:

"Müəyyən görüntülər var ki, biz onları efirdən çıxartdıq, yayımlamadıq".

Z.Baxşəliyevin bu addımı İ.İbrahimovanın etirazına səbəb olub. Müğənninin mətbuat katibi Zəminə Rüstəmova 

İ.İbrahimovanın fikirlərini saytımıza təqdim edib: 


"Nəyə əsasən Zaur mənim şəxsi həyatımı müzakirəyə qoyub? Mən açıqlama vermişdim ki, bunu özüm yaymamışam. 

Fotoqraf öz profilində paylaşıb. Hətta mənim arxivimdə olan videoda bu görüntülərin çoxu yoxdur. Əgər özüm etsəydim, 

Zaura haqq qazandırardım. O, məsələyə birmənalı yanaşmamalıdır. Deyir, hansısa hissələr çıxarılıb. Zaurdan tələb edirəm 

ki, gətirib mənə çıxardığı həmin hissələri göstərsin. Çünki efirdə gördüyüm qədəriylə video bütov formada göstərildi. 

Niyə şəxsi həyatımdan danışır? Niyə İradənin nümunəvi ana kimi Zaurun verilişindəki başqa mövzularda adı hallanmayıb?

 İki uşaq dünyaya gətirmişəm, sənətimi davam etdirirəm. Bu halda niyə adım çəkilmir? Videoya baxan nə qədər insan kövrəldiyini

 bildirmişdi. Hamı bu haqda yaxşı fikir bildirdiyi halda, Zaur tənqid hədəfinə çevirdi? İşinə yaradı, reytinq qazandırdı?

 Demirəm məni tərif yağışına tutsunlar. Amma danışanda heç olmasa, bir az əllərini vicdanlarına qoysunlar. Bu neçə ildə

 əleyhimə heç nə tapa bilmədilər. Sonda danışdıqları mövzuya baxın. Millət vəkilləri mənə zəng vurub təbrik etdilər, ailəlikcə

 videoya təkrar-təkrar baxdıqlarını söylədilər".



Qeyd edək ki, Ceyhun İzər adlı şəxslə ailəli olan İ.İbrahimova İstanbulda yaşayır. İfaçının İpək adlı qızı, Əli adlı oğlu var.

İ.İbrahimova sosial şəbəkədə aşağıdakı videonu paylaşdığını deyib: 

Müğənninin oğlu Əlini dünyaya gətirərkən lentə alınan və fotoqrafının sosial şəbəkədə paylaşdığı video:


OXŞAR XƏBƏRLƏR

Zooparkdakı heyvanlar zəlzələyə reaksiyaları ilə təəccübləndirdilər - VİDEO

Aprelin 14-də San Dieqo zooparkında 5,2 bal gücündə zəlzələ baş verən zaman ziyarətçilər və zoopark işçiləri çox təsirli hadisənin şahidi olublar. Belə ki, bölg...

Pinqvin helikopter qəzasına səbəb oldu - FOTOLAR

Cənubi Afrikanın Quş adasında helikopter qəzaya uğrayıb. Karton qutuda olan pinqvin helikopterin qəzaya uğramasına səbəb olub.   Sfera.az bildirir ki...

Siyasətçi 14 il qadınları gizli kameralarla izləyib

Böyük Britaniyada gündəm qalmaqallı hadisə ilə çalxalanıb. Belə ki, keçmiş britaniyalı siyasətçi qadınlara aşağı qiymətə kirayə verdiyi mülklərə gizli kameralar...

Niyə hollandiyalılar evlərində pərdələrdən istifadə etmirlər?

Əgər siz nə vaxtsa Hollandiyanın küçələrini gəzmisinizsə və ya orada çəkilmiş sənədli filmə baxmısınızsa, bu, mütləq diqqətinizi çəkib. Pəncərələrin arxasında p...

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...