Göyçayda agır qəza: 4 yaralı

Göyçayda agır qəza: 4 yaralı

Göyçay rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 226-cı kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb.
 
"VAZ 2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yolun kənarında dayanmış "SHACMAN" markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı "VAZ 2106" markalı avtomobildəki şəxslər-Ağdaş rayonu Ağcayazı kənd sakinləri, 1986-cı il təvəllüdlü Abdulrəhimov Elnur Elman oğlu, 1991-ci il təvəllüdlü Şirinov Elşən Mahir oğlu, Ucar şəhər sakini, 1996-cı il təvəllüdlü Əsgərova Aynurə Sahib qızı və Göyçayın Müskürlü kənd sakini, 1997-ci il təvəllüdlü Əzimova Türkan Rəşid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Həkimlərin səyi nəticəsində yaralıların həyatı xilas olunub. Hazırda onların vəziyyəti ağır olaraq qalır. Hadisəyə havanın yağmurlu olması və sürücünün avtomobili yüksək sürətlə idarə edərkən onun qarşısına qəflətən inəklərin çıxması səbəb olub.
       
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR