Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olarmı?

Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olarmı?

İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və 3 gün qeyd edilir. Yəni bu üç gün - 28, 29 və 30 iyun tarixləri ərzində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.

 

Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edir.

 

Sfera.az-un xəbərinə görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.

 

O qeyd edib ki, şəriətdə buna icazə yoxdur. “Gərək qurbanlıq heyvan mütləq kəsilsin və əti bölünsün. Qurban ətinin əvəzinə pul və ya ərzaq alıb vermək olmaz. Niyə belədir? Çünki elə ailələr var ki, ət almaq imkanı azdır və onlar nəzərə alınmalıdır. Qurban əti birinci növbədə həmin ailələrə verilməlidir. Əgər pul şəklində verilsə, insanlar bu pulu başqa işlərə xərcləyə bilər. Ona görə də dinimiz deyir ki, qurban mütləq kəsilib paylanılmalıdır”, - deyə Fuad Nurullayev bildirib.

 

F.Nurullayev vurğulayıb ki, qurbanı kəsən ailə onun hamısın özünə götürə bilməz. “Qurban kəsmək məcburi deyil, müstəhəbdir. Yəni imkanı olan ailə başçısı qurbanı kəsməlidir. Həcc ziyasətində olanlar üçün qurban kəsmək vacibdir, ancaq Həccdə olmayanlar üçün vacib olmasa da təkid olunur, yəni savab bir işdir, dinimiz tələb edir ki, imkanın varsa qurban kəs. İmkanı olan ailə başçısı qurban kəsməli və onun yalnız üçdə birini öz ailəsinə sərf edə bilər. Qurban mütləq üç hissəyə bölünməlidir, onun iki hissəsi mütləq imkansız ailələrə paylanmalıdır. Misal üçün qurbanlıq ət 15 kiloqramdırsa onun 10 kilosunu mütləq paylamalıdır. Qurbanlığı bölən zaman bir hala da fikir vermək lazımdır. Misal üçün qurbanlıq ətin yumşaq yerin özünə götürüb, sümüklü yerlərini paylamaz olmaz. Qurbanlığın bütün hissələri və bütün əzaları üç hissəyə bölünməlidir”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...