Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...

Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...

Xəzər dənizinin dayazlaşması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində fövqəladə vəziyyət elan edilib.

 

Bu barədə Aktau akimliyindən (qubernatorluğu) bildirilib. Qeyd olunub ki, bu qərar mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün qəbul edilib. Xəzər dənizində geri çəkilmə təkcə iqtisadi ziyanlar gətirmir, həm də ekosistemə ciddi təhdidlər yaradır.

 

Bəs, bu təhdidlərin qarşısını necə almaq olar?

 

Mövzu ilə bağlı Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmlər doktoru Əmir Əliyevlə həmsöhət olduq.

 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Xəzər dənizi canlı orqanizmdir:

 

“Ona görə də dənizin səviyyəsi zaman-zaman qalxır və enir. Elmi təcrübə göstərir ki, hər 200 ildən bir Xəzər dənizinin səviyyəsi qalxır və növbəti 200 ildə enir. Xəzərin sonuncu ən hündür səviyyəsi 1830-cu illərdə olub. Bundan sonra  enmələr başlayıb. Enmə prosesi 2050-ci ilə qədər davam edəcək.

 

Ondan sonra dəniz suyunun qabarma dövrü başlayacaq. 1978-ci ildən 1995-ci ilə qədər Xəzər dənizində müəyyən qabarmalar oldu. Bu hesaba da Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları dəyərində ziyan dəydi.

 

Xəzər dənizinin okeanla əlaqəsi olmasa da o özü-özünü tənzimləyir. İndiki geri çəkilmə də təbii prosesdir. Və bu hal bir müddət davam edəcək. Son dövrlər Xəzərə düşən yağıntıların miqdarı azalıb. Eyni zamanda Volqa və Ural çaylarında sululuq son dövrlər 30 faiz azalıb.

 

Nəzərə almaq lazımdır ki, Xəzərə axıdılan suların 90 faizi bu çayların payına düşür. Bu çayların üzərindəki siklonların və antisiklonların olması çaylardakı sululuğa ciddi şəkildə təsir edir. Lakin, dəniz suyunun azalması kritik həddə çatmayacaq. Çünki, Xəzər canlı bir orqandır və özü-özünü tənzimləyir”.

 

Şöbə müdiri dəniz səviyyəsinin aşağı düşməsinin ciddi fəsadlarından da danışıb:

 

“Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin bir sıra ciddi ziyanları var. Ən əsası ekosistem böyük ziyan görür. Bioloji resurslar azalır. Xüsusən də, dənizdəki canlılar ciddi itki ilə üz-üzə qalır. Çünki, dəniz geri çəkildikcə balıqların çayların deltalarına çıxması və burada kürü tökməsi çətinləşir.

 

İkincisi, bu vəziyyət gəmiçiliyə ciddi problem yaradır. Bildiyiniz kimi böyük gəmilər limanlara balaca kanallar vasitəsi ilə yaxınlaşır. Dəniz geri çəkildikcə həmin kanallar dolur və gəmilər limanlara yaxınlaşa bilmir.

 

Bunun kənd təsərrüfatına da da ciddi ziyanı var. Dəniz sahilindəki ərazilər sürətlə şoranlaşır. Ən çox ziyan görən sahələrdən biri də turizm sektorudur. Çünki, dəniz səviyyəsi geri çəkildikcə sahildəki turizm obyektləri sudan daha çox uzaqda qalır. Bu da turistlərin sahil ərazilərdəki obyektlərə marağını azaldır”.

 

Ənvər Əliyev problemdən çıxış yolundan da danışıb:

 

“Xəzərin bu şıltaqlığına adaptasiya olmaq lazımdır. Geri çəkilmənin qarşısını almağa yetəcək heç bir qüvvə yoxdur.Yaxşı olardı ki, Xəzəryanı dövlətlər bir araya gəlsin, Birgə Mərkəz yaratsınlar. Birgə monitorinqlər aparılsın. Yalnız 5 dövlətin birgə fəaliyyəti nəticəsində Xəzərdə baş verən proseslərə nəzarət etmək olar”.


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...