Keçmiş məhkumun torpağa basdırdığı silah götürüldü

Keçmiş məhkumun torpağa basdırdığı silah götürüldü

Gəncədə keçmiş məhkumdan odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR