Polisdən xüsusi ƏMƏLİYYAT: İranın mütəşəkkil dəstə üzvləri SAXLANILDI - FOTO + VİDEO

Polisdən xüsusi ƏMƏLİYYAT: İranın mütəşəkkil dəstə üzvləri SAXLANILDI - FOTO + VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ay ərzində “qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. 


Sfera.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 
 

Qeyd olunub ki, milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib.


Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb. Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb. 

 



OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...