İtkin turistlər, insan qalıqları - Köpəkbalığı hücumları qalmaqalı

İtkin turistlər, insan qalıqları - Köpəkbalığı hücumları qalmaqalı

Xəbər verdiyimiz kimi, Misirin Hurqada şəhərində rusiyalıya köpək balığının hücumu “ətçəkən maşın” adlandırılıb. 23 yaşlı gənc cəmi 20 saniyə ərzində ölüb. Şoka düşən atası oğlunun kömək çağırışını sahildən eşidib.


Bir müddət sonra yerli sakinlər böyük bir pələng köpəkbalığını tutub və Rusiya Federasiyasından olan vətəndaşa hücum edənin bu yırtıcı olduğuna qərar veriblər.
 

Bu hadisə əvvəllər köpəkbalığı hücumlarının nadir hesab edildiyi bir ərazidə baş verib. Buna baxmayaraq, son bir neçə ildə bir neçə belə hadisə baş verib.
 

Ötən il Avstriya və Rumıniyadan olan iki turist dünyasını dəyişib. 68 yaşlı Elizabeth Sawyer (Elizabet Soyer) Hurghada yaxınlığındakı məşhur Sahl Hasheesh körfəzində bir qolunu və ayağını itirdikdən sonra şokdan təcili yardım maşınında ölüb.




Yayımlanan görüntülərdə o, ümidsizcəsinə sahilə tullanıb. Böyük izdiham tamaşaya baxsa da, heç kim qadına kömək etməyə cürət etməyib.
 

İki gün əvvəl isə Rumıniyadan olan turist yerli beşulduzlu oteldən yoxa çıxıb. Sonradan onun deformasiyaya uğramış cəsədinə mərcan sahilində rast gəlinib.
 

Turistlərin dediyinə görə, xilasedicilər dişlənmiş insan qalıqlarını cəsəd torbasına qoyarkən qorxulu səhnənin çəkilişini qadağan ediblər. Polislər ətrafa qaçaraq görüntülərin silinməsini tələb ediblər.
 

"Cəsədin yarısı yox idi"- deyə şahidlərdən biri bildirib.
 

2018-ci ildə Çex Respublikasından olan 41 yaşlı kişi Misir sahillərində Qırmızı dənizdə köpək balığının hücumuna məruz qalmışdı. Onun qalıqları Marsa Alam yaxınlığındakı sahildə tapılıb.


Rusiya Federasiyasından olan bir vətəndaşa köpək balığının hücumunun videosu isə YouTube-a yerləşdirilib.


2015-ci ildə 52 yaşlı alman turist Al Quseir kurortunda köpək balığının ayağını dizinə qədər dişləməsi nəticəsində ölüb.

Ötən gün isə Misirdə 23 yaşlı Vladimir Popov köpəkbalığının hücumuna məruz qalıb.


Xatırladaq ki, Arxangelsk sakini, 23 yaşlı Vladimir Popovun ölümü ilə nəticələnən son hücum zamanı daha bir qız qaçaraq sahilə çıxa bilib. Başqa yerlərdə köpək balığının üzgəcləri göründüyü üçün polis çimərliklərə girişi qadağan edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...