Bank səhvən taksi sürücüsünə 21 milyon funt sterlinq köçürdü - FOTO

Bank səhvən taksi sürücüsünə 21 milyon funt sterlinq köçürdü - FOTO

Braziliyanın Palmas şəhərindən olan 58 yaşlı Antonio Pereira do Nascimentoya bir bank təsadüfən 21 milyon funt sterlinq (təxminən 131.870.227.00 R$) göndərəndə "sıfırlardan qorxduğunu" deyib. Bu zaman onun hesabında pul demək olar ki, olmayıb.
 

Sfera.az bildirir ki, iki bank arasında köçürmə zamanı səhvə görə pul Antonionun hesabına daxil olub. Antonio Pereira do Nascimento, onları saxlamaq barədə heç vaxt düşünmədiyini bildirib. Taksi sürücüsü işləyən şəxs lotereya oynamadığı üçün çaşqın olduğunu bildirib. Antonionun daimi gəliri yoxdur. Ailəlidir, dörd övladı və 14 nəvəsi var.

"O qədər sıfırlar var idi ki, qorxdum! Mən həyatımda heç vaxt belə pul görməmişəm və almamışam. Bu, yalnız Mega Sena (lotereya) udduğum halda baş verə bilərdi ki, mən də onu oynamıram. Ona görə də çətin ki, bu pul mənim olsun”- deyə o bildirib.


“Evimə getdim və həyat yoldaşıma dedim: “Varlandıq!” Amma həyat yoldaşım da dedi: “Pulu qaytaraq.” Bank axtarmağa getdim, kağıza qol çəkdim və axşam saat doqquzda mənim hesabımdakı pul onların hesabına köçürüldü”.
 

Taksi sürücüsünün sözlərinə görə, o, heç vaxt pulu özünə saxlamaq barədə düşünməyib.
 

"Mən pislik etmək barədə bir saniyə belə düşünmədim. Mən çox dürüst insanam və yalnız özümə aid olanı almaq istəyirəm".
 

Qeyd edək ki, Money.co.uk qanununa görə, bank və ya əmanət hesabınıza təsadüfən bir məbləğ pul qoyulubsa və bunun sizə aid olmadığını bilirsinizsə, o zaman sizdən onu geri qaytarmağınız tələb olunur. Bir şəxs pulu saxlamağa çalışarsa, 1968-ci il Oğurluq Aktına əsasən, onlara "kredit saxlama" ittihamı verilə bilər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...