Prezident ehtiyat fondundan 3 milyon manat ayırdı

Prezident ehtiyat fondundan 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Ağstafa rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Musiqi Mərkəzi, Yazıçılar Evi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 84 mənzilli 4 yaşayış binası inşa edilmiş, "Tarix və Müasir Abidələr Parkı" salınmış, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 12 mindən çox yeni iş yeri açılmış, Ağstafa şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, on doqquz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 23 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...