Orxan Fikrətoğluya nazirlikdə VƏZİFƏ VERİLDİ

Orxan Fikrətoğluya nazirlikdə VƏZİFƏ VERİLDİ

Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu işdən çıxıb.

 

Sfera.az bildirir ki, bu barədə Lent.az-a O.Fikrətoğlu özü məlumat verib.

 

O qeyd edib ki, bir aya yaxındır Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən gedib:

 

"Hazırda Mədəniyyət Nazirliyində müşavir işləyirəm".  

 

Dövlət Turizm Agentliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, O.Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.

 

Onun yerinə hələlik təyinat yoxdur. 

 

Qeyd edək ki, 2022-ci ildə Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmış, onun yerinə Orxan Fikrət oğlu Sadıqov təyin olunmuşdu.


OXŞAR XƏBƏRLƏR