ABŞ ailələrinin sərvəti 148,8 trilyon dollara çatıb 

ABŞ ailələrinin sərvəti 148,8 trilyon dollara çatıb 

ABŞ-də ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 2 faiz artaraq 148,8 trilyon dollara çatıb. 


Sfera.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) yanvar-mart dövrü üçün maliyyə hesabatını dərc edib. 


Həmin hesabata əsasən, bu ilin birinci rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 148,8 trilyon dollardır. İlin birinci rübündə əvvəlki rüblə müqayisədə ev təsərrüfatlarının sərvəti 2 faiz artıb, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,5 faiz azalıb. 


ABŞ-də ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 152,6 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 147,2 trilyon dollara, üçüncü rübdə 144,2 trilyon dollara qədər azalıb. 


Bu ilin birinci rübündə əhalinin sahib olduğu səhmlərin dəyəri 2,4 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri 600 milyard dollar azalıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...