Keçmiş qayınatasına xəsarət yetirən şəxs saxlanıldı

Keçmiş qayınatasına xəsarət yetirən şəxs saxlanıldı

İyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-ci il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Almazovun keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR