Azərbaycanda bir toyuqdan 240 yumurta alınır 

Azərbaycanda bir toyuqdan 240 yumurta alınır 

Azərbaycanda mal-qara və quşların məhsuldarlığı açıqlanıb. 


Sfera.az xəbər verir ki, ölkəmizdə inək və camışlardan ildə orta hesabla 1 731 litr süd sağılıb. 2020-ci ildə bu göstərici 1 687 litr idi. Son iki ildə inək və camışların süd məhsuldarlığı xeyli artıb. 


Hesablamalar göstərir ki, bir baş iribuynuzlu mal-qaranın çəki artımı illik 96,2 kq olub. Son illərdə çəki artımında ciddi dəyişiklik yoxdur. 


Bir baş keçi və ya qoyuna düşən çəki artımı isə 15,2 kq təşkil edib. Bundan başqa hər qoyundan il ərzində orta hesabla 2,2 kq yun qırxılır. 


Yumurtlayan toyuqlar (kənd təsərrüfatı müəssisələrində) isə ildə orta hesabla 240 ədəd yumurta verir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...