Aptekdən uşaq yeməyi oğurlayan şəxs həbs edildi - YENİLƏNDİ + RƏSMİ

Aptekdən uşaq yeməyi oğurlayan şəxs həbs edildi - YENİLƏNDİ + RƏSMİ

Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

 

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib.

 

“Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

 

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, - DİN rəsmisi vurğulayıb.

 

***

15:13

 

Bakıda aptekdən oğurluq olub.

 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

 

Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.

 

O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.


OXŞAR XƏBƏRLƏR