\"Qarabağ\" türkiyəli mütəxəssislə vidalaşdı

14:40 / 08.06.2023
2763
"Qarabağ" klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.
Ağdam təmsilçisindən Sfera.az-a verilən məlumata görə, türkiyəli mütəxəssisin "köhlən atlar"la müqavilə müddəti başa çatıb.
Doğanla sözləşməni uzatmayan "Qarabağ" ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.