“Ukrayna sülh müqaviləsi bağlamağa hazır idi, ABŞ imkan vermədi” – Nikolay Patruşev

“Ukrayna sülh müqaviləsi bağlamağa hazır idi, ABŞ imkan vermədi” – Nikolay Patruşev

"Ukrayna liderləri sülh müqaviləsi bağlamağa hazır idilər. Rusiyaya yazılı təkliflər verdilər, biz bunu prinsipcə bəyəndik. Amma proses dayandırıldı. Çünki ABŞ onlara təzyiq göstərərək heç bir danışıqlar aparmamağı tapşırdı"

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, ABŞ və Britaniya Ukraynada münaqişənin davam etdirilməsində maraqlıdır.

 

"Ukrayna xalqı münaqişənin davam etməsində maraqlı deyil, Rusiya xalqı da maraqlı deyil. KTMT ərazisində yaşayan xalqlar da maraqlı deyil”, - Patruşev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə KTMT ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşdən sonra jurnalistlərə bildirib.

 

O qeyd edib ki, bu məsələdə  ilk növbədə ABŞ və Böyük Britaniya maraqlıdır. Patruşevin fikrincə, Moskva və Kiyev sülh müqaviləsi bağlaya bilərdi, lakin ABŞ müdaxilə etdi.

 

"Aydındır ki, onların ölən insanlara yazığı gəlmir. Çünki bunlar onların adamları deyil"- o əlavə edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...