Zelenski Xersonda: Nələr müzakirə edilib?
Zelenski Kaxovka bəndinin dağıdılmasından sonra daşqınlardan zərər çəkmiş Xerson bölgəsinə səfər edib.
Sfera.az bildirir ki, bu barədə Ukrayna prezidenti “Telegram”da məlumat verib.
O, Kaxovka SES-də baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üzrə koordinasiya iclasının keçirildiyini deyib:
“Bir çox mühüm məsələlər müzakirə olundu - operativ vəziyyət, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin partlaması nəticəsində yaranmış fövqəladə halların aradan qaldırılması, su basmış ərazilərin həyat təminatının təşkili… Həmçinin, regionun ekosisteminin bərpası perspektivləri və texnogen fəlakət zonasında operativ hərbi vəziyyət”.
Zelenski qeyd edib ki, zərərlərin hesablanması və təbii fəlakətdən zərər çəkmiş sakinlərin kompensasiyası üçün vəsaitin ayrılması, itkilərin ödənilməsi və ya Xerson vilayəti daxilində müəssisələrin köçürülməsi üçün proqramın hazırlanması vacibdir.
Türkan