Qazaxıstan bankları rublla ödənişlərin qəbulunu dayandırdı – SƏBƏB

Qazaxıstan bankları rublla ödənişlərin qəbulunu dayandırdı – SƏBƏB

Qazaxıstan bankları tədricən rublla ödənişləri qəbul etməkdən imtina edirlər. 


Sfera.az xəbər verir ki, Qazaxıstan bankları rublla ödənişlərdən imtina edilməsinin səbəbini rəsmi qaydada cavablandırmayıblar. Ekspertlər isə belə halların artmasının səbəbini maliyyə təşkilatlarının ABŞ-nin ikinci dərəcəli sanksiyalarına düşmək qorxusu ilə əlaqələndirirlər. 


Rusiyalı mütəxəsislərin şərhlərinə görə, ABŞ dolayı təsir yolları ilə rublun bütün dünyada dövriyyəsi və dollara çevrilməsi imkanlarını məhdudlaşdırmaq istəyir. Buna görə də Rusiya şirkətləri rublla ödənişləri həyata keçirmək üçün tədricən Qırğızıstan və ya Özbəkistanın bank-maliyyə xidmətlərindən istifadə etməyə başlayıblar. 
Rusiyanın İxracatçılar və İdxalçılar Assosiasiyasının vitse-prezidenti Artur Lir vurğulayıb ki, Qazaxıstan rubldan rəsmi formada imtina etməz. Onun qənaətincə, bu baş verərsə, Astana və Moskva arasında münasibətlər pisləşəcək. O əmindir ki, söhbət xüsusi hallardan, konkret hüquqi şəxslərdən gedir. 


Bununla belə ekspertlər ABŞ-nin Qazaxıstanın maliyyə-bank sisteminə təsirlərinin tədricən artacağını istisna etmirlər. Çünki Qazaxıstan bankları ABŞ ilə konfliktə getmək imkanına sahib deyillər. Bu onunla izah edilir ki, ABŞ Qazaxıstan iqtisadiyyatının əsas sərmayədarıdır, 2022-ci ildə onların sərmayələrinin həcmi Rusiya sərmayəsindən 3 dəfə çox olub. İkinci mühüm səbəb Qazaxıstan banklarının dollarla borclarının olmasıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...