Su altında qaldı, 10 yaş cavanlaşdı – FOTO

Su altında qaldı, 10 yaş cavanlaşdı – FOTO

Universitet professoru və keçmiş dəniz zabiti Cozef Dituri 93 günü su altında keçirib və cavanlaşıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Daily Mirror” məlumat yayıb.

 

"Dərin dənizlərin doktoru" ləqəbli professor Dituri yüksək təzyiqin insan orqanizminə təsirini nümayiş etdirməli olan elmi təcrübənin bir hissəsi olaraq suyun altına dalıb. Dituri Florida ştatının Key Larqo şəhərində doqquz metr dərinlikdə yerləşən "Jülin sualtı iqamətgahı"nda məskunlaşıb.

 

Təcrübənin 93-cü günündə həkimlər Diturinin həyati əlamətlərini ölçüblər və adamın 10 yaş cavanlaşdığı aşkara çıxıb. Məlum olub ki, onun bədənindəki kök hüceyrələrin sayı da on dəfə artıb. İltihabi göstəricilər iki dəfə azalıb, xolesterin isə aşağı düşüb. Mütəxəssislər bu dəyişiklikləri yüksək qan təzyiqi ilə əlaqələndirirlər və bunun bir sıra müsbət təsirləri olduğu bilinir. Bənzər bir terapiya forması hiperbarik kameralardan istifadə edən insanlar tərəfindən qəbul edilir.

 

"Neptun 100" adlandırılan missiya alimin 100 gün su altında qalmasından sonra iyunun 9-da başa çatacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...