Azərbaycan Qarabağda antiterror əməliyyatına başlaya bilər - DEPUTAT

Azərbaycan Qarabağda antiterror əməliyyatına başlaya bilər - DEPUTAT

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Azərbaycan və Ermənistan arasında yekun sülh danışıqlarının baş tutacağı ərəfədə vəziyyətin gərginləşməsi nə vəd edir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Arzu Nağıyev ermənilərin son zamanlar aktivləşməsində Rusiya sülməramlılarının, xarici havadarların rolunun olduğunu deyib:

 

“İlk olaraq qeyd etmək istərdim ki, bu proseslər Ermənistandakı daxili siyasətdən qaynaqlanır. Daxildə olan pozucu qüvvələr Azərbaycanın vəziyyəti stabilləşdirmək üçün irəli sürdüyü 5 təklifin müzakirələrini dayandırmaq üçün ciddi cəhdlər edir. Bunun da əsas səbəbi Qarabağda qondarma qurumun ordusunun saxlanılmasıdır. Digər məsələ, sülhməramlı qüvvələrin öz üzərlərinə düşən missiyanı tam yerinə yetirməməsidir. Onlar yaxşı başa düşür ki, sülh müqaviləsi imzalanan kimi ərazidən çıxarılacaqlar. Təbii olaraq bu səbəblə onlar mandatlarının müddətini uzatmağa cəhd göstərirlər. Bununla da 10 noyabr, Brüssel, Soçi danışıqlarının, ikitərəfli dialoqun əleyhinə işləyən addımlar atılır”.

 

Millət vəkili Azərbaycanın antiterror əməliyyatlarına başlaya biləcəyini, bunun isə beynəlxalq səviyyədə qarşıdurma yaradacağını sözlərinə əlavə edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...