Tarixin ən maraqlı İNTİHARLARI

Tarixin ən maraqlı İNTİHARLARI

Tarix boyu saysız-hesabsız insanın intihar etdiyi məlum bir həqiqətdir. Körpüdən tullanmaq, narkotik həb qəbul etmək və ya bilək kəsmək... İntiharın müxtəlif yolları var. Bəzi intihar hadisələri isə olduqca maraqlıdır.
 

Sfera.az bunlardan bəzilərini sizə təqdim edir.
 

1. 1998-ci ildə bir fransız çox mürəkkəb intihara cəhd etdi.

O, uçurumun başına çıxıb və boynuna kəndir bağlayıb. Boynundakı kəndiri daşa bağlayıb və bu da azmış kimi, zəhər içib özünü yandırıb. Bütün bunlara azmış kimi, ölümə tam zəmanət vermək üçün qayadan atlayarkən tapança ilə başına atəş açıb.
 

Oxuyarkən bu adamın öldüyünə əmin olursunuz. Amma əsl hekayə indi başlayır...
 

Silahdan çıxan güllə kişidən yan keçərək kəndiri kəsib və kişi kəndirdən qurtulub suya düşüb. Su yanğını söndürüb və adamı şoka salıb, içdiyi zəhəri qusdurub. Balıqçı tərəfindən suda tapılan və xəstəxanaya çatdırılan adama etdiyi heç nə fayda verməyib.
 

Əsl bomba indi gəlir. Kişi hipotermiya səbəbindən xəstəxanada dünyasını dəyişib…


2. Yeniyetmənin özünü dəyərsiz hiss etməsi ilə nəticələnən intihar...

Bu hekayə həm maraqlı, həm də çox kədərlidir...

Orta məktəb şagirdi bir gün telefon kitabçasındakı bütün nömrələrə bir-bir zəng edib və sonra bu nömrələrdən hansının ona geri dönüş edəcəyini gözləyib. Heç kim geri qayıtmayınca, gənc heç kimin ona dəyər vermədiyini, onu sevmədiyini düşünərək evdəki bütün sarımsaq və soğanı yeyib. Bütün müdaxilələrə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb və ölüb.
 

Maraqlı tərəfə gəlincə, oğlanın telefonu şəxsi nömrədə olub (gizli). Ona görə də heç kim onun zəng etdiyini bilməyib. Bu, bəzən anlaşılmazlıqların bizi ölümə apara biləcəyinin ən bariz göstəricisidir.


3. Per Ohlinin intiharı və yaddaqalan üzr istəməsi.

Ən maraqlı intiharlardan biri də Norveçin “Black Metal” qrupunun solisti Per Ohlinin intiharıdır. Ohlin 1991-ci ildə biləklərini və boğazını kəsmişdi, sonra öləcəyinə əmin olmaq üçün özünü vurmuşdu. İntihar qeydi onun intiharı qədər maraqlı idi. Həmin qeyddə deyilir:
 

“Əvvəlcə biləklərimi və boğazımı kəsdim. Sonra öldüyümə əmin olmaq üçün özümü vurdum... Və qan üçün üzr istəyirəm”.


4. “Zəhmət olmasa, təsirlənəcəksinizsə, bu otağı tərk edin”R. Budd Dwyer

- İnsanlara xəbərdarlıq edən həssas bir insan
 

R. Budd Dvayer 1987-ci ildə rüşvət almaqda ittiham olunurdu. Hətta bu cinayətə görə külli miqdarda cərimə də alıb. Maliyyə direktoru olan Dwyer bu vəziyyəti izah etmək üçün televiziyada canlı yayımla mətbuat konfransı təşkil etmək istəyib. Daha doğrusu, hamı elə bilirdi ki, o canlı yayımda özünü izah edəcək. Dwyer iclasda bu sözləri deyib və intihar edib:
 

“Saatlarla düşündükdən sonra heç kimə örnək olmamalı olduğumu düşündüm. Bu hərəkətlə kimisə yaralaya biləcək bir qərar verdim. Zəhmət olmasa otağı tərk edin, bu mənzərə sizi şok edəcək”.


5. Efirdə intihar edən ilk və yeganə xəbər aparıcısı: Christine Chubbuck


Christine Chubbuck 38 kalibrli silahını çıxararaq 1974-cü ildə canlı yayım zamanı özünü güllələyərək intihar etdi. Televiziyada bunu edən ilk diktor kimi tarixə düşən Christine Chubbuck, özünü vurmazdan əvvəl bu sözləri deyib:
 

“Kanalın 40 ilində polisin ən son xəbərlərini, son qanlı qətlləri, rəngarəng həyatları çatdırdıq. İndi başqa birini görəcəksiniz”.


6. Bitirdim deyərək intihar edən Corc İstman, niyə gözləmək lazımdır?




George Eastman, bir çoxunuzun tanıdığı Kodak adlı fotoqrafiya şirkətinin yaradıcısıdır. Bu centlmenin anası əlil arabasında olan qadın idi və ömrünü həmin kresloda keçirməli idi. Bədbəxt hadisə nəticəsində İstman anası ilə eyni taleyi yaşayıb və əlil arabasına məhkum olub. Bu vəziyyətin öhdəsindən gələ bilməyən Eastman ürəyinə bir güllə vuraraq intihar edib.


7. İntihar etmək istəyənlərin ilk seçimi Golden State Bridge
 


Golden State dünyanın ən məşhur körpülərindən biridir. Açıldığı gündən indiyədək saysız-hesabsız insan bu körpüdən özünü ataraq intihar edib. Ən maraqlı intihar hekayəsi belədir: Con Tomas Doyl adlı 49 yaşlı centlmen körpüdən özünü ataraq intihar edib. Onun cansız bədənindən bir kağız parçası çıxdı. Qeyddə deyilirdi:


“Çəkdiyim diş ağrısından başqa, əslində heç bir səbəb yoxdur”.


8. Richard Sumner şizofreniya xəstəsi idi və bundan əvvəl də dəfələrlə intihara cəhd etmişdi...
 


Onların hər birində uğursuzluğa düçar olan Sumner son çarəni meşəyə gedib özünü ağaca qandallamaqla tapdı. Əl qandalının açarını əlçatmaz yerə atan Sumner 3 il ağacda asılı qalıb.


Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...