Amerika tarixindəki ən böyük xaosa imza atmaqla dəhşət saçan “Orson Welles” radio yayımı

Amerika tarixindəki ən böyük xaosa imza atmaqla dəhşət saçan “Orson Welles” radio yayımı

Bu yazıda oxuyacağınız şey zarafat deyil, həqiqətən baş verib.
 

Amerikalı aktyor Orson Welles, bir axşam radio verilişində yazıçı H.G. Uellsin “Dünyaların müharibəsi” romanını səsləndirib. Amma bütün ölkənin onu ciddiyə alacağından xəbərsiz idi...


(Qeyd: Məzmun intiharla bağlı maddələrdən ibarətdir).

Sfera.az bildirir ki, 30 oktyabr 1938-ci ildə mikrofonu əlinə götürən Orson Welles tarixin ən böyük anlaşılmazlığına imza atacağından xəbərsiz idi.
 

Welles, radio verilişində müəllif H.G. Uellsin “Dünyaların müharibəsi” romanını oxuyub.
Halloween üçün radio teatrında çıxış edən məşhur aktyor mövzuya uyğun olaraq qorxulu roman seçib.




Sözügedən roman yadplanetlilərin işğalından bəhs edirdi.

 

Radioteatrın bir hissəsində ssenarinin tələbinə uyğun olaraq xəbər bülleteni dialoqları da var idi.
 

Ortada radio verilişini dinləməyə başlayanlar üçün isə böyük şok olub...

Verilişə əvvəldən qulaq asmayan və Uelsi xəbər bülleteni bölməsindən dinləyənlər dəhşətə gəlib.


Hər kəs yadplanetlilərin işğalının həqiqətən baş verdiyini və xəbər bülletenində elan edildiyini düşünürdü.


Yadplanetlilərin işğalının həqiqətən də baş verdiyini düşünən Amerika xalqı böyük panika içində küçələrə axışıb…


Və bütün hər yer cəhənnəmə çevrilib.
 

İnsanlar tədarük üçün mübahisə etdilər, bir-birilərini ayaqladılar, əyalətləri dəyişdirmək üçün yola çıxdılar və keşişlər etiraf üçün çağrılıb…


Yol tutaraq qaçmağa çalışan insanlar daha ətraflı məlumat almaq üçün az qala radio kanalının telefon xətlərini bağlayacaqdılar.


Ən dəhşətlisi isə yadplanetlilərin işğalında həyatını itirmək əvəzinə, özünü öldürməyi seçərək intihar edənlərin də olması idi.


Səssiz telefonlardan sonra səs verən komandada olan Davidson Taylor radiodakı mətnlərin həqiqəti əks etdirmədiyini və hər şeyin bir ssenari olduğunu açıqlayıb.

Amma iş-işdən keçmişdi: insanlar evlərini tərk etmiş, intihara əl atmışdılar...
 

Radionun binasına polis basqın etmişdi.
 

İnternet olmadığından xəbər sürətlə yayılmayıb: Çoxları sonradan öyrəndi ki, radio yayımı əslində teatrdır.
Əsl həqiqət üzə çıxana qədər can və mal itkiləri olmuşdu. Bunun üzərinə maddi və mənəvi itkiyə məruz qalan dinləyicilər radionu məhkəməyə verdilər.


Radio isə işlərin heç birində təqsirli bilinməyib. Orson Wellesin radio yayımı Amerikanı indiyə qədər gördüyü ən böyük xaosa sürükləmiş, olan isə sıravi vətəndaşlara olmuşdu.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...