19 yaşlı blogger İtaliya kraliçası ola bilər - Monarxiyanı xilas etmək üçün cəhd

19 yaşlı blogger İtaliya kraliçası ola bilər - Monarxiyanı xilas etmək üçün cəhd

Londonda yaşayan 19 yaşlı tələbə və blogger Vittoria di Savoia atasının şok hərəkətindən sonra İtaliyanın növbəti kraliçası ola bilər.
 

Sfera.az xəbər verir ki, İtaliyanın 50 yaşlı şahzadəsi Savoy Emanuele Filiberto İtaliya taxt-tacına olan iddiasından imtina edərək, qızının bu işi ondan daha yaxşı bacardığını deyib.
 

Siyasət və incəsənət tarixi tələbəsi olan qızın İnstaqramda 80 minə yaxın izləyicisi var. O, bu yaxınlarda Fransada “Vanity Fair” jurnalının üz qabığında da çəkilib. Parisin özəl “École Diagonale” məktəbində təhsil alan yeniyetmə sənət və modaya həvəslidir və bu haqda sosial şəbəkələrdə yazır. Bu qurum incəsənət və idman sahəsindəki proqramları, həmçinin ciddi tədris proqramı ilə tanınır.

Emanuele “Telegraph” qəzetinə Vittorianın "rok-n-roll şahzadəsi" olduğunu bildirib və əlavə edib ki, qızının ondan daha yaxşısını edəcəyi üçün təqaüdə çıxmaqdan çox məmnundur.
 

Qeyd edək ki, Vittoria di Savoia 17 yaşında İtaliyanın vəliəhd şahzadəsi olub.


Son min ildə İtaliya taxtında qadın olmayıb. Ölkədə 1946-cı ildə referendumla ləğv ediləndən bəri monarxiyanın olmadığını nəzərə alsaq, Vittoriyanın İtaliyanın gələcəyində hansı rol oynayacağı hazırda bəlli deyil. Bundan əlavə, az adam monarxiyanın qayıtması ideyasını dəstəkləyir.
 

Amma bütün bunlara baxmayaraq, Emanuele italyanların həyatlarında bir az da krallığın olmasının maraqlı olacağını bildirib.
 

“Düşünürəm ki, böhran dövründə insanlar padşahları və kraliçaları güclü, demək olar ki, ruhani varlıq kimi görürlər”.
 

O, kral Çarlzın taxta çıxması üçün nə qədər gözləməli olduğunu əsas gətirərək, qızına hipotetik taxtda oturmağa kifayət qədər vaxt vermək üçün hakimiyyətdən getdiyini əlavə edib.


"Çarlz çoxdan gözləyirdi. Bəlkə də 20 il əvvəl kral olması ona kömək edə bilərdi. Gənc nəslin yeni, müasir ideyaları həyata keçirmək şansının olması vacibdir. Bir neçə ildən sonra daha çox şey olacaq. Avropada kraliçalar krallardan daha çoxdur.İndi insanlar bir qədər geciksə də anlayırlar ki, qadının zəkası və həssaslığı onları mükəmməl liderlər edir”- deyə taxt-tacın keçmiş varisi bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...