Leysan yağıb, sel keçdi - FAKTİKİ HAVA
Cəmiyyət
19:12 / 07.06.2023
3373
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib.
Bu barədə Sfera.-az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
İyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.
Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.