““Azərlotereya”nın vergi ödənişlərinin artması qanuni lotereya oyunları bazarının genişlənməsi ilə bağlıdır” – Millət vəkili

““Azərlotereya”nın vergi ödənişlərinin artması qanuni lotereya oyunları bazarının genişlənməsi ilə bağlıdır” – Millət vəkili

“Azərlotereya” ASC-nin açıqladığı maliyyə hesabatına əsasən, Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatorunun sadələşdirilmiş və mənfəət vergisi üzrə ödənişləri 2022-ci ildə kəskin şəkildə artıb. 


Sfera.az xəbər verir ki, ötən il şirkətin dövlət büdcəsinə ödədiyi vergilərin məbləği 2021-ci ilə nisbətən 10,72 dəfə artaraq 54,7 milyon manata çatıb. 


Xatırladaq ki, 2021-ci ildə “Azərlotereya” 5,1 milyon manat mənfəət vergisi ödəmişdi.


“Azərlotereya” ASC tərəfindən dövlət büdcəsinə sadələşdirilmiş və mənfəət vergisi üzrə ödənişlərin kəskin şəkildə artması faktını şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov bunu şirkətdə idarəetmə keyfiyyətinin artırılması və qanuni lotereya oyunları bazarının genişlənməsi ilə əlaqələndirib. 


Onun sözlərinə görə sektorun imkanları genişdir və burada şəffaflığı artırmaqla daha böyük qanuni dövriyyəni təmin etmək olar:

 

 

“Bu sektordan dövlət büdcəsinə daxilolmaların artması gözlənilirdi. Çünki bir tərəfdən lotereyaların təşkil edilməsi sisteminə Türkiyə şirkəti cəlb olunub və bu şirkət yeni texnologiyaları tətbiq etməklə sektora marağı artırıb. Digər tərəfdən sektorda şəffaflığın artması müşahidə edilir. Bu sahədə qanunvericilik təkmilləşdirildi, vətəndaşların, lotereya və mərc oyunlarında iştirak edən insanların hüquqlarının qorunması gücləndirildi. Görülən kompleks tədbirlər nəticəsində son dövrlər bu sahəyə insanların marağının artmasının və bunun hesabına dövriyyənin genişlənməsinin şahidi olduq. Dövriyyənin genişlənməsi isə dövlət büdcəsinə daha çox verginin cəlb edilməsinə imkan yaratdı”.


V.Bayramov hesab edir ki, gələcəkdə də sektor üzə şəffaflıq artarsa, sektor üzrə qanuni dövriyyənin genişlənməsi davam edərsə, bunun sayəsində Azərbaycanın dövlət büdcəsinin mədaxili artacaq:

 

“Fiskal gözlənti ondan ibarətdir ki, buradan vergi daxilolmaları nəzərəçarpacaq səviyyədə olacaq. Dünyada da bu sektor üzrə dövriyyə genişlənir. Azərbaycanda da şəffaflığı, qanuni fəaliyyəti artırmaqla dövriyyənin genişlənməsini müşahidə edəcəyik”. 


İqtisadçı-ekspert Xalid Kərimli isə düşünür ki, “Azərlotereya” tərəfindən vergi ödənişlərinin bir neçə dəfə artırılması şirkətdə idarəetmənin təkmilləşdirilməsi və bazara yeni məhsulların daxil edilməsi ilə bağlıdır.

 

O xatırlatdı ki, 2021-ci ildən “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib və bundan sonra lotereya və mərc oyunları bazarında ciddi dəyişikliklər baş verib. 


X.Kərimli söylədi ki, adıçəkilən Türkiyə şirkəti tərəfindən həyata keçirilən yeni strategiya bu bazarda dövriyyənin genişlənməsinə səbəb olub: “Türkiyə şirkətinə idarəetməyə verilməsi “Azərlotereya”nın fəaliyyətində aktivliyi artırıb. 2022-ci ilin maliyyə nəticələri də bunu göstərir. Bu fakt həm də “Azərlotereya”nın bazar payının artmasının göstəricisidir”. 


Ekspert vurğuladı ki, dövriyyənin daha da genişləndirilməsi imkanı var. Onun sözlərinə görə, lotereya və mərc oyunları bazarında şəffaflıq artırılmalı və gizli fəaliyyət aradan qaldırılmalıdır:

 

“Sektorda gəlir imkanları genişdir. Bazarda şəffaflıq artırılarsa, bundan dövlət də qazanacaq, büdcə ödənişləri də artacaq. “Azərlotereya” onlayn bazarda da fəaliyyətini genişləndirməlidir və buradakı boşluqları doldurmalıdır. İnsanlarda tədricən onlayn oyunlara maraq artır və yəqin ki, gələcəkdə virtual oyunlara maraq daha böyük olacaq”. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...