Roma Papasının vəziyyəti PİSLƏŞDİ - Açıq əməliyyat olunacaq

Roma Papasının vəziyyəti PİSLƏŞDİ - Açıq əməliyyat olunacaq

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.

 

Sfera.az bildirir ki, Vatikanın açıqlamasına görə, Papanın narahatlığına əvvəlki əməliyyatdan sonra yaranan yırtıq səbəb olub.

 

Bildirilib ki, 86 yaşlı dini lider ümumi anesteziya altında qarın nahiyəsindən açıq əməliyyat olunacaq. Papa Fransiskin bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

 

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Papa Fransisk bağırsaq əməliyyatı keçirib və yoğun bağırsağının 33 sm-lik hissəsi çıxarılıb.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR