“Dollar 30 lirəyədək bahalaşa bilər” - ŞƏRH

“Dollar 30 lirəyədək bahalaşa bilər” - ŞƏRH

“Türkiyədə lirənin kəskin dəyər itirməsinə panik reaksiya yoxdur, çünki seçkidən sonra bazarın gözləntiləri bu yöndə idi”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.

 

 O qeyd edib ki, yerli müstəqil iqtisadi araşdırma mərkəzləri 28-30 lirayədək bahalaşmanı real sayır:

 

“Valyuta-kapital axınları üzərində sərt nəzarətin tədricən yumşaldılması, Mərkəzi Bankın arxa qapısından bazara müdaxiləsinin sonlandırılması siqnalının verildiyi şəraitdə zorla tutulan və real bazar dəyərinin altında qalan milli valyutanın ucuzlaşması qaçılmaz idi. İndi əsas sual budur ki, "yeni ekonomik çöküş" modelindən imtina əsas problemi həll edəcəkmi? Əsas problem ölkənin valyuta ehtiyacının qarşılanmasıdır. Ölkə idxalını və borclarını qarşılamaq üçün öz imkanları hesabına qazana bilmədiyi valyuta kəsirini kənardan gələn pullar hesabına bağlamalıdır. Cari hesabın defisitinin tarixi səviyyələrə çatması ölkənin valyuta qıtlığının real miqyasını göstərir”.

 

Ekspert bildirib ki, Türkiyəyə kənardan gələn pul və ya sərmayə borc şəklində ölkənin valyuta bazarında tələb-təklif tarazlığı yaradacaq səviyyədə olmalı, davamlı xarakter daşımalıdır:

 

“Aparılan siyasətin, yeni-köhnə hökumətin vəd və davranışlarının xarici sərmayədarlara, borc verənlərə nə qədər güvən verəcəyini yaxın aylarda görmək mümkün olacaq. Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, xaricdə ən böyük sərmayə yatırımımız olan ölkədir. Bu baxımdan ölkənin iqtisadi durumu bizim üçün həyati əhəmiyyət daşıyır”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...