Meymunçiçəyi virusu YENİDƏN GÜNDƏMDƏ: 2 nəfər karantinə alındı

Meymunçiçəyi virusu YENİDƏN GÜNDƏMDƏ: 2 nəfər karantinə alındı

Çinin paytaxtı Pekində meymunçiçəyi virusuna yoluxmuş 2 nəfər karantinə alınıb.

 

Sfera.az bildirir ki, bu barədə Pekin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, şəhərdə xarici mənşəli yoluxma faktı müşahidə edilib və şəxslə təmasda olan daha bir nəfərdə virus aşkarlanıb. Açıqlamada virusa yoluxmuş 2 nəfərin xəstəxanada karantinə alındığı, bunun bələdiyyə və rayon səhiyyə müəssisələri tərəfindən izləndiyi qeyd edilib. Müalicə olunan xəstələrin vəziyyətinin stabil olduğu bildirilib.

 

Mərkəzi və Qərbi Afrika ölkələrində rast gəlinən meymunçiçəyi virusu indiyədək 111 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mayın 11-də verdiyi açıqlamada sözügedən virusun 90 faiz azaldığı və artıq beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə fövqəladə hadisəsi olmadığı vurğulanıb.

 

Qeyd edək ki, bu virusa yoluxan xəstələrdə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, üşümək kimi əlamətlər görülür.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...