"Vaqner" rəhbəri Rusiya müdafiə nazirini YIXIB-SÜRÜDÜ: "Qətliamdır, biabırçılıqdır!..."  

“Vaqner” muzdlu qrupu ilə Rusiya ordusu arasında yeni mübahisə yaranıb.

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, qrupun rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib.

 

Belə ki,  o, Donbasda Ukraynanın ağır itkilər vermədiyini iddia edib. Priqojin bildirib ki, nazirliyin yaydığı məlumatlar “absurd elmi fantastikadır”. Lakin Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı iddiaları ikiqat artıraraq Ukraynanın 3700-dən çox itki verdiyini bildirib.

 

Dövlət mediasına danışan Rusiyanın müdafiə naziri Sergey Şoyqu təkid edib ki,  hücum zamanı Ukrayna 3715-dən çox itki verib və onlarla hərbi texnika məhv edilib:

 

“Hücum cəhdləri uğursuzluğa düçar oldu, düşmən dayandırıldı. Rus əsgər və zabitləri döyüşlərdə cəsarət və qəhrəmanlıq göstərdilər", - deyən Şoyqu döyüşlərdə 71 rus hərbçisinin həlak olduğunu vurğulayıb. Bununla belə, Priqojin müdafiə nazirliyinin böyük uğur iddialarını “qətliam” adlandırıb.

 

“Ona görə də hesab edirəm ki, bunlar sadəcə bəzi vəhşi fantaziyalardır”, - o, “Telegram”da yazıb. 

 

“Vaqner”in rəhbəri həmçinin rus qüvvələrini Baxmutun kənarındakı Berxivka kəndindən geri çəkilməkdə ittiham edərək, bunu “biabırçılıq” adlandırıb. Moskva isə  Priqojinin iddialarını rədd edib, bunun reallığa uyğun olmadığını bildirib. 

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...