Şimali Koreyanın Birinci Bacısı – O, ölkəsinin Ali Liderinə çevrilə bilər

Şimali Koreyanın Birinci Bacısı – O, ölkəsinin Ali Liderinə çevrilə bilər

Sərt qaydaların hökm sürdüyü Şimali Koreyada dövlətin idarəedilməsində Kim Çen Inın bacısı Kim Yo Conqun rolunun son illərdə artması müşahidə edilir. 


Sfera.az xəbər verir ki, o, ailənin yeddi övladının ən kiçiyi olaraq valideynləri tərəfindən "şirin şahzadə Yo-jong" kimi tanınıb. 


Kim Conq 2014-cü ildən ölkədə və xarici dairələrdə tanınmağa başlayıb. Həmin ildən o, dövlət ideologiyasının təbliğatına aparan Təbliğat və Təşviqat Departamentini (PAD) idarə edən baş senzor kimi tanınıb. Maraqlı detal ondan ibarətdir ki, Kim Yonun atası da PAD-a rəhbərlik edib və burada hakimiyyətə hazırlaşıb. 


2018-ci ildən bəri onun hökumətdəki rolu kəskin şəkildə artıb və atasından öyrəndiyi dərslərdən istifadə edərək öz sülaləsinin gücünü genişləndirərək dövlət idarəçiliyində mühüm rol oynayıb, bu yolda “qaniçən iblis” və “şeytan qadın” ləqəblərini qazanıb. 


İndi Kim Yo çox böyük hökmə sahibidr. Kim Yo istəsə, Kim Çen Indan başqa, Koreya İşçi Partiyasının 250 nəfərlik Mərkəzi Komitəsinin hər hansı birinin edam edilməsini əmr edə bilər. O, artıq Şimali Koreyanın real gücə sahib olan Birinci Bacısıdır. 


Kim Yo 1988-ci ildə anadan olub. Onun anası 2004-cü ildə döş xərçəngindən vəfat edib. Anası ölkənin rəhbərinin 4 həyat yoldaşından biri olub. Kim Yo ailədə 3 uşaqdan biridir və o, uşaqlıqdan xüsusi təlimlər keçməklə böyüdülüb. 


Koreyanın Birinci Bacısı hazırda siyasi hakimiyyətinin mərkəzi olan Təşkilat və Rəhbərlik Departamentinə faktiki rəhbərlik edir, ordu da daxil olmaqla, əsas kadr məsələləri ilə bağlı gündəlik qərarlara nəzarət edir. 


O, kimin nəzarətə götürülməsinə, vəzifəsinin aşağı salınmasına və ya yüksəldilməsinə, cəzalandırılmasına, hətta edam edilməsinə dair qərar verə bilər. Faktiki olaraq o, “Hörmətli Rəhbərin müavini”dir. Məlumatlara görə, xanım rəhbər yüksək vəzifəli dövlət məmurlarına sadəcə “əsəblərini sakitləşdirmək” üçün bir neçə edam əmri verib. Deyilənə görə, o, daha az narazı olanları və onların ailələrini həbs düşərgələrinə və əmək düşərgələrinə, məcburi əmək, döyülmə, işgəncə və aclıq şəraitində yaşamağa göndərib. 

 

2021-ci ildən onun vəzifəsi bir qədər də artırılıb. Kim Çen In bacısını ali idarəetmə orqanı olan Dövlət İşləri Komissiyasına təyin edib. Hazırda 35 yaşı olan Kim Çenin bacısı dövlətinin xarici siyasəti ilə bağlı qəti bəyanatlar verir, dövlətinin mövqeyini ifadə edir. 


O, Kim Çen Inın ətrafı arasında onun tam etibarına malik, istənilən vaxt liderlə görüşə bilən yeganə şəxsdir. 


Onun gücü artdıqca və amansızlığı haqqında nağıllar yayıldıqca Birinci Bacının hansı niyyətdə olduğunu qiymətləndirmək çətindir. Qardaşı istəsə, o, gələcək onilliklər ərzində müavin və ya bəlkə də bir gün öz xalqının tarixində ilk qadın Ali Lider olacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...