\"Qəbələ\" klubu braziliyalı hücumçusu ilə vidalaşdı

11:51 / 07.06.2023
3436
"Qəbələ" klubu futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
"Qırmızı-qaralar"dan Sfera.az-a verilən məlumata görə, 2022-ci ilin yayından əyalət təmsilçisində forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.
Braziliyalı legioner ötən mövsüm “Qəbələ”də keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. O, komanda ilə Azərbaycan Kubokunun da qalibi olub.