“Dağlıq Qarabağ termini yoxdur, bu termin tarixə qovuşub” - Deputat

“Dağlıq Qarabağ termini yoxdur, bu termin tarixə qovuşub” - Deputat

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil. Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində yalnız Dağlıq Qarabağ xalqı ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.

 

Maraqlıdır, Mirzoyanın yalnız Dağlıq Qarabağ xalqı ilə rəsmi Bakı arasında dialoq aparılması istəyi ilə bağlı açıqlaması özündə nəyi ehtiva edir? Bu, Yerevanın Azərbaycan-Ermənistan münasibətlərinin ümumilikdə nizamlanması prosesində maraqlı olmadığını göstərə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Cavid Osmanov Mirzoyanın bu açıqlamasının sülh danışıqlarına zərbə vurduğunu deyib. O, ermənilərin digər azlıqlar kimi Azərbaycanda rahat yaşayacağını bildirib:

 

"İlk növbədə onu qeyd etmək lazımdır ki, artıq Dağlıq Qarabağ termini yoxdur, bu termin tarixə qovuşub. Şərqi Zəngəzur və Qarabağ əraziləri var və bu ərazilər Azərbaycanın tərkib hissəsidir. Burada baş verən hadisələr yalnız Azərbaycanın daxili işləridir. Mirzoyan "Dağlıq Qarabağ xalqı" deməklə, nizamlanma prosesinə yenidən  kölgə salmağa çalışır. Çünki həmin ərazidə də Azərbaycanın digər bölgələrində olduğu kimi etnik azlıqlar yaşayırlar və onlar Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda, digər xalqlaın nümayəndələri kimi burada yaşamaq hüququ qazanacaqlar”.

 

Millət vəkili bu kimi açıqlamaların adət halı aldığına diqqət çəkib:

 

"Ermənistan rəhbərliyi səviyyəsində zaman-zaman belə absurd açıqlamaların verildiyinə şahidlik edirik. Artıq dediyim kimi, Dağlıq Qarabağ termini yoxdur, digər dövlət rəsmilərinin bu haqda açıqlama vermələri qəbuledilməzdir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...