Nova Kaxovkada zoopark su basdı - 300-dən çox heyvan öldü

Nova Kaxovkada zoopark su basdı - 300-dən çox heyvan öldü

Novaya Kaxovkada Kazkova Dibrova zooparkının bütün heyvanları daşqın nəticəsində tələf olub.


Sfera.az bildirir ki, bu barədə UA Animals fəalları Facebook-da məlumat veriblər.


Evakuasiya mümkün olmayıb, işçilər heyvanları xilas etmək üçün əllərindən gələni ediblər. Meymun, yenot, ponilər daxil olmaqla 300-ə yaxın heyvanın hamısı ölüb.
Yalnız qu quşlarını və ördəkləri seldən xilas etmək mümkün olub. Parkın sahibi Yelena Navrotskayanın sözlərinə görə, 300-ə yaxın heyvanı qapalı yerlərdən buraxmaq mümkün olmayıb.


"Zopark tamamilə su altında qalıb, yalnız qu quşları və ördəklər xilas ola bilib. Biz zooparkın işğal altında qalmaması üçün əlimizdən gələni etdik. İndi o, artıq yoxdur”- deyə fəallar bildiriblər.
 

Parkın sahibi Yelena Navrotskaya bildirib ki, heyvanların demək olar ki, hamısı ölüb. Faciədən əvvəl bu zooparkda meymunlar, yenotlar, eşşəklər, ponilər, nutriyalar, müxtəlif quşlar, kirpilər, marmotlar, tısbağalar və bir çox başqa növlər yaşayıb.


Heyvanlar rusların işğalının ilk günündən parkda qalıb. Navrotskayanın sözlərinə görə bütün park minalanmış, ağaclarla zibillənmiş və xəndəklər qazıldığı üçün onların hamısının qarşısı alınıb.
 

"Evakuasiya mümkün deyildi. Biz var gücümüzlə heyvanları xilas etməyə çalışdıq. Nə qədər səy göstərildi, belə dəhşətli şəraitdə heyvanların xilas edilməsinə nə qədər insan kömək etdi, praktiki olaraq həyatlarını riskə atdılar. İndi Dibrowi yoxdur. 300 günahsız heyvan, sevimli ev heyvanlarımız öldü, Anfisochka, Charlik, pony Malış, eşşək Osya, yenot Mişa, hamısı….”- deyə o bildirib.
 

Rus işğalçıları zoopark baxıcılarının fəaliyyətinə mane olub. Səhər işçilər heyvanları qidalandırmaq üçün gəlib, lakin Kaxovskaya su elektrik stansiyasının partlamasından sonra heç kim heyvanları qapalı yerlərdən buraxa bilməyib.
 

Xatırladaq ki, Kaxovskaya Su Elektrik Stansiyasının rus işğalçıları tərəfindən dağıdılması Xerson və regionda güclü daşqınlara səbəb olub. İnsanlar itləri, inəkləri və digər ev heyvanlarını xilas etməyə çalışırlar.
 

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Kaxovskaya SES-i qəsdən minalayıb, partlatdığını bildirib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...