“Qəti şəkildə təkzib edirik, biz partlatmamışıq” – Peskov "Kaxovka" SES-ə edilən hücumdan danışdı

“Qəti şəkildə təkzib edirik, biz partlatmamışıq” – Peskov

Kremlin sözçüsü Dmitri Peskov bu gün səhər saatlarında partladılan Ukraynanın "Kaxovka" Su Elektrik Stansiyasından danışıb.

 

Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb. Peskov Ukraynanın sözügedən su elektrik stansiyasında təxribat törətdiyini söyləyib.

 

"Prezident Vladimir Putin Müdafiə Nazirliyindən və digər xidmətlərdən Kaxovka SES ətrafında baş verənlərlə bağlı hesabatlar alır. Artıq birmənalı şəkildə deyə bilərik ki, bu, Ukrayna tərəfinin düşünülmüş təxribatıdır”, deyə Peskov əlavə edib.

 

O qeyd edib ki, bu təxribat potensial olaraq regionun on minlərlə sakini üçün çox ciddi nəticələrə, ekoloji fəsadlara və hələ müəyyən edilməmiş fərqli xarakterli nəticələrə gətirib çıxara bilər:

 

“Moskva Kaxovskaya su elektrik stansiyasına raket hücumunda əlinin olması ilə bağlı ittihamları qəti şəkildə rədd edir. Təxribat Kiyev hakimiyyətinin göstərişi ilə edilib - onlar baş verənlərə görə məsuliyyət daşımalıdırlar”.

 

Əhalinin təxliyyəsinin tələb olunub-olunmayacağı ilə bağlı suala o, belə cavab verib: "Bilmirəm. İndi yerli hakimiyyət orqanlarından mesaj gözləməliyik".

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...