"Ruslar Zaporojye AES-i zədələyib, radiasiya sızıntısı..." - AÇIQLAMA

“Rusiyanın Ukraynada su anbarını partlatması o deməkdir ki, onlar məğlubiyyətin astanasında olduqlarının fərqindədirlər”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O qeyd edib ki, ruslar Zaporojye Atom Elektrik Stansiyasını da zədələyə, radiasiya sızıntısı təşkil edə bilərlər: “Vladimir Putin üçün Ukrayna xalqı və dövləti heç bir dəyər daşımır. Zaporojye AES-də radiasiya sızıntısı təşkil edilərsə, artıq Moskvada siyasi-hərbi qərarvermə məntəqələri Kiyevin potensial hücum hədəfi olacaq. Bu dəfə Moskva dəqiq raketlərlə hücuma məruz qala bilər”.

 

Ekspert qeyd bildirib ki,  Putin son addımı ilə Ukraynanın əks-hücumunun qarşısını almağa çalışır: “Bu, effektli deyil. Bununla da mümkün bütün danışıqlar prosesinin üstündən xətt çəkmiş oldular”.

 

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov ötən gün Vladimir Putinin danışıqlara hazır olduğunu vurğulamışdı.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR