“Özüm də bezmişəm, açıq desinlər ki...” – Tahir Kərimli

“Özüm də bezmişəm, açıq desinlər ki...” – Tahir Kərimli

“Deputatlar Milli Məclisdə vətəndaşların üzləşdikləri problemlərini qaldırsa da, bununla bağlı heç bir tədbir görülümür. Elə özümüz deyib, özümüz eşidirik”.

 

Sfera.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bugünkü növbədənkənar iclasında deyib.

 

“Ağsu yolu, Şamaxı və Ağsu rayonlarında zəlzələdən zərər çəkmiş evlərin təmiri, məktəb və xəstəxanaların tikintisi ilə bağlı məsələ qaldırsaq da, nəticəsi olmur. Artıq bu məslələri qaldırmaqdan özüm də bezmişəm. Özümüz deyib, özümüz eşidirk”, - o qeyd edib.

 

Deputat əlavə edib ki, əgər hökumət problemləri həll etmək iqtidarında deyilsə, bunu açıq desinlər:

 

“Desinlər ki, gücümüz çatmır. Əvvəllər seçicilərlə görüşəndə bizi qınayırdılar ki, niyə problemlərimizi qaldırmırsınız? Amma indi deyirlər ki,  nə olsun ki, problemləri qaldırırsınız, nəticə yoxdur. Onda  bunun nə xeyri var? Hökumətdən xahiş edirəm ki, heç olmasa qaldırdığımız məsələlərlə bağlı bizə mənfi, yaxud müsbət cavab versin”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...