SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

SİMA rəqəmsal imzanın Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə inteqrasiyası həyata keçirilir. İlkin mərhələdə SİMA-nın nazirliyin tabeliyində olan “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” portalına inteqrasiyası yekunlaşıb. 


Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, artıq ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsil müəssisəsi və elmi təşkilatları olan qurumların məsul şəxsləri portala daxil olarkən şəxsiyyətin eyniləşdirilməsini SİMA ilə həyata keçirəcəklər. 


Xatırladaq ki, SİMA ilə inteqrasiyadan əvvəl qurumların mütəxəssisləri istifadəçi adı və şifrə əsasında sistemə daxil olurdular. 


Yeni texnologiya olan SİMA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. SİMA biometrik həllərə əsaslanır və yeni nəsil rəqəmsal imza ilə inteqrasiya olunub. Bu imkanlar sistemə girişi daha etibarlı edir və şəxsin bilavasitə özü tərəfindən daxil olma etibarlılığını yüksəldir. 


SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini telefona yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. 


Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi də gözlənilir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...