Polisə bıçaqla hücum etdi, polis atəş açdı - Bərdədə əməliyyat

Polisə bıçaqla hücum etdi, polis atəş açdı - Bərdədə əməliyyat

Polisin Bərdədə keçirdiyi əməliyyat zamanı insident baş verib.

 

DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib.

 

Rəsmi məlumata görə, onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib: 

 

“Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb. Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb”.

 

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılmış, istintaq tədbirləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR