45 il fasiləsiz sağ əlini havada saxlayan Bharatinin hekayəsi - FOTO

45 il fasiləsiz sağ əlini havada saxlayan Bharatinin hekayəsi - FOTO

Tarix həqiqətən möcüzəli insanlarla doludur. Amma bu hekayədəki əzmkarlıq heç birinə bənzəmir. 45 ildir ki, Sadhu Amar Bharati dini inanclarına sədaqətinin simvolu olaraq sağ əlini qaldırıb və bir dəfə də olsun aşağı salmağı düşünməyib.
 

Sfera.az sizi Sadhu Amar Bharati ilə tanış edir. Onun hekayəsi o qədər maraqlıdır ki, filmlərin mövzusu olar desək, mübaliğə olmaz.


İnsanların çoxu Bharatinin hekayəsinin doğruluğuna inanmır. Lakin Bharati 45 ildir ki, fasiləsiz olaraq sağ əlini havada saxlayır. Dünyəvi ləzzətlərdən təmizlənmiş və özünü Allaha həsr edən Bharati az qala keşiş həyatını mənimsəmişdir.




1970-ci illərdə Hindistanda bir bankda işləyən Bharati həyat yoldaşı və üç övladı ilə birlikdə təvazökar bir həyat sürürdü. Ancaq bir gün Bharati heç bir şey olmadan ailəsini tərk edir, daha sonra işini tərk etmək və dini normalarına riayət etmək qərarı verir.
Bharati bütün həyatını hinduizmin tanrısı Şivaya həsr etmək qərarına gəlir.


Lakin Bharati hələ də dünyəvi ləzzətlərdən azad olmaqda aciz hiss edir. Buna görə də bu hissin qarşısını almaq üçün nəsə etmək qərarına gəlir.

 

Ağla gələn ilk şey sağ əlini havaya qaldırmaq olur.



1973-cü ildə Şivaya olan bağlılığının simvolu olaraq ölənə qədər sağ əlini aşağı salmamağa qərar verir. Bundan sonra Bharati bütün dünyada böyük nüfuz qazanır. Bütün dünyanın diqqətini çəkən bu əl jestinin nə demək olduğunu soruşduqda Bharati bunun dünya sülhünün və Şivaya sədaqət simvolu olduğunu deyir.
Əvvəlcə qolundakı ağrı dözülməz olur.


Amma bu ağrı onun sədaqətinə mane olmur. İlk iki ildən sonra sağ qolundakı bütün hisslər yox olur və ağrılar tədricən yox olmağa başlayır. Normal bir insanın bu ağrıya yalnız iki-üç dəqiqə dözə biləcəyini nəzərə alsaq, Bharatinin fədakarlığı hər kəsi heyrətləndirir.
 

Dünya sülhü üçün sağ əlini havada tutur.


Bharati Hindistan mediasına verdiyi açıqlamada bunları deyib:
 

“Mən çox şey istəmirəm. Niyə bir-birimizlə vuruşuruq? Niyə aramızda bu qədər nifrət və səhlənkarlıq var? Mən bütün Hindistan xalqının sülh içində yaşamasını istəyirəm. Hətta bütün dünyanın!”
 

Bharati əməli ilə digər pastorları da ruhlandırıb. Onlar da uzun müddət qollarını havada saxlamağa çalışıblar.


Amma heç kim Bharatinin rekordunu qıra bilməyib. O, bu gün də sağ qolunu havada saxlayır və onu aşağı salmağı heç düşünmür. Amma bir gün onu endirmək qərarına gəlsə, bütün əzələləri cırılacaq və sinirlərinə ciddi ziyan dəyəcək. Bharati həm zehni, həm də fiziki cəhətdən özünü yaxşı hiss etdiyini də vurğulayır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...