İndoneziyadan Ukraynanın mübahisəli ərazilərində referendum keçirilməsi təklifi - Cavab gecikmədi

İndoneziyadan Ukraynanın mübahisəli ərazilərində referendum keçirilməsi təklifi - Cavab gecikmədi

Sinqapurda keçirilən Şanqri-La Dialoq Təhlükəsizlik Forumunda İndoneziyanın müdafiə naziri Prabovo Subianto Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə nizamlanması planını təqdim edib.


Sfera.az xəbər verir ki, Subiantonun təklif etdiyi plana eyni anda bir neçə tədbir daxildir. Birincisi, dərhal atəşkəs rejiminin tətbiqi təklif olunur. Subiantonun sözlərinə görə, bu, təhlükəsizliyi təmin etmək və zorakılığı dayandırmaq üçün lazımdır ki, sülh yolu ilə həll yolu açılsın.
 

Planın əsas aspektlərindən biri sülhməramlıların nəzarətində olacaq silahsızlaşdırılmış zonanın yaradılmasıdır. Münaqişə tərəfləri təmas xəttindən 15 kilometr məsafəyə qədər geri çəkilməlidir.


Bundan əlavə, plan BMT-nin himayəsi altında “mübahisəli ərazilər”də yeni referendumların keçirilməsini nəzərdə tutur. Lakin hələlik hansı ərazilərin “mübahisəli” hesab olunduğu dəqiqləşdirilməyib.
 

Ukrayna Xarici İşlər Nazirliyinin reaksiyası
 

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko vurğulayıb ki, bu ərazilər “mübahisəli” deyil, əslində Rusiya tərəfindən işğal olunub.
 

"Ukrayna ilə Rusiya Federasiyası arasında referendumun keçirilə biləcəyi mübahisəli ərazi yoxdur. Rusiya Krımı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini işğal edərək təcavüz aktı törədib. Bu fakt BMT-nin rəsmi sənədlərində öz əksini tapıb"- deyə Nikolenko bildirib.
 

Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, Ukrayna İndoneziyanın sülhün bərpasına göstərdiyi diqqəti yüksək qiymətləndirir, lakin o, prezident Vladimirq Zelenskinin təklif etdiyi “sülh formulu”nun mövcudluğunu xatırladıb. Bu formula işğal olunmuş ərazilərdə Ukraynanın suverenliyini tam bərpa etməyə və davamlı sülhü təmin etməyə çalışır.


Xatırladaq ki, mayın 23-də bildirilmişdi ki, altı Afrika dövlətinin liderləri Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqlarına başlamaq istəyirlər, lakin eyni zamanda onların işğalçıların Ukrayna ərazisindən çıxarılması ilə bağlı şərti olmaya bilər.


Bundan əvvəl, mayın 9-da BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, hazırda tərəflərdən heç biri danışıqlara hazır deyil, çünki hər biri öz qələbəsinə əmindir. Onun sözlərinə görə, sülh təşəbbüslərinə hələ xeyli vaxt var və onların nə vaxt başlayacağı məlum deyil.


Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...