Mələk səsi üçün uşaqların axtalandığı qeyri-insani təcrübə - VİDEO

Mələk səsi üçün uşaqların axtalandığı qeyri-insani təcrübə - VİDEO

Uşağınızı axtalamaqla onu böyük sənətkara çevirə biləcəyinizi desək, nə düşünərdiniz?


Siz bunun axmaq fikir olduğunu düşünürsünüz. Əslində isə, bu, 19-cu əsrə qədər İtaliyada mövcud olan bir anlayış idi.
 

Sfera.az tarixdə sınaqdan keçirilmiş amansız təcrübələr haqqına təqdim etdiyi bölmədə, bu maraqlı təcrübənin tarixini və səbəblərini sizə təqdim edir.


Kastrasiya, səsini qorumaq üçün uşağın axtalandığı qədim və qeyri-insani bir təcrübədir. Qadınların kilsə xorlarına qadağa qoyulması ilə başlayan bu iyrənc təcrübənin keçmişini və bu gününü araşdıraq.


Kastrasiya uşaqların yüksək səslərini qorumaq üçün kastrasiya edildiyi bu adət idi.


Kastrasiya uzun bir tarixə malik olsa da, ilk dəfə 16-cı əsrdə, Vatikanın qadınların kilsə xorlarında iştirakını qadağan etdiyi və nəticədə yüksək tonlara çata bilən müğənnilərə ehtiyac duyulduğu zaman ortaya çıxdığı düşünülür.


Çox keçmədən Kastrati adlanan bu axtalanmış oğlanlar böyük populyarlıq qazandılar.


18-ci əsrdə ailəsini məşhur müğənni kimi zənginləşdirmək üçün İtaliyada ildə 4000-ə yaxın uşaq gizli şəkildə kastrasiya edilirdi. Bu təcrübə qadağan edildiyi üçün ailələr ümumiyyətlə pilləkənlər altındakı klinikalarla razılaşırdılar.


Qeyri-sağlam mühitdə həyata keçirilən bu təcrübələr nəticəsində uşaqların yüzdə 20-si dünyasını dəyişib. Həmçinin, kastrasiya qadağan olunduğu üçün ailələr uşaqlarının necə kastrasiya edildiyinə dair yalanlar uydurmalı idilər.

 

Ən çox yayılan yalanlardan biri də oğullarının qabanların hücumuna məruz qalması olub.


Həmçinin, ailələr oğlunun atdan yıxılması kimi yaradıcı hekayələrlə çıxış edərək cəzadan xilas olurdular.
 

Axtalanmış uşaqların mələk səsləri dəyişməz qaldı.


Onların yetkinlik dövründəki təsirlərə qarşı immuniteti olan bədənləri məşq nəticəsində səslərini saxlamış və kamilləşmiş sayılrdı. Bu təcrübə nəticəsində bir çox sənətkarlar varlandı, digərləri isə yoxsulluq və ağrı içində öldü.


Tətbiq nəticəsində bir çox uşaq müxtəlif tibbi problemlər yaşayırdı.


Depressiya, sümük inkişafı problemləri və hormonal balanssızlıq kimi problemlər ən çox rast gəlinənlər arasında idi.


Sonuncu belə hadisə və ilk qeydə alınmış Kastrati Alessandro Moreschi idi. Aşağıdakı link vasitəilə onu dinləyə bilərsiniz:

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...