Şahzadə Harri və Meqanın qızının ad günü şərəfinə “ümumamerikan şənliyi" təşkil edilir - FOTO 

Şahzadə Harri və Meqanın qızının ad günü şərəfinə “ümumamerikan şənliyi

Şahzadə Harri və Meqan Marklın ikinci övladı bu gün ikinci doğum gününü qeyd edir. Lilibet Diananın ilk doğum günü kifayət qədər təvazökarlıqla qeyd olunubsa, indi kral ekspertlərinin fikrincə, Sassekslər Lilinin ikinci doğum gününü "ümumamerikan" şənliyi ilə qeyd edəcəklər.



Sfera.az bildirir ki, kral mütəxəssisləri hesab edirlər ki, Susseks hersoqları qızlarının ikinci doğum günü üçün mətbuatla birlikdə “ümumamerikan şənliyi" təşkil edəcəklər.


2021-ci ilin iyun ayında Kaliforniyanın Montecito şəhərində anadan olan Lilibet Diana həyatının çox hissəsini ABŞ-da keçirib. Körpə ailənin ata tərəfi ilə yalnız bir dəfə - keçən il Kraliça Elizabetin Platin Yubileyi zamanı, ilk ad günündə görüşüb.
 

Daha sonra onun ad günü Frogmore Kottecində təvazökar bir yığıncaqla qeyd olunub. Amma eyni zamanda həm mərhum Diana, həm Kraliça Elizabetin adını daşıyan Lilibetin ikinci doğum günü açıq şəkildə “ümumamerikan hadisəsi” olacaq.


Mütəxəssislərə görə, Meqan Markl və Şahzadə Harri diqqəti cəlb etmək üçün artıq bütün kozırlardan istifadə ediblər, ona görə də çox güman ki, uşaqlardan istifadə etməyə başlayacaqlar. Əvvəllər nadir hallarda ailələri ilə bağlı təfərrüatları paylaşan cütlük, Archie və Lilibeti sənədli filmdə görüntülədib. Qızın fotoları isə 14 milyon dollara Montecitodakı şahzadənin malikanəsində baş tutan vəftiz mərasimindən sonra yayımlanıb.
 

Kral mütəxəssisi Cenni Bond Lilibetin ikinci doğum gününün ABŞ-da möhtəşəm bir hadisə olacağını bildirib.
 

"Həmin gün şahzadənin baba Çarlzı çağıracağını güman etmək gözəl olardı ki, o, nəvəsini təbrik edə bilsin və ümid edirəm ki, bu, Montecitoya ad günündə veriləcək bir hədiyyədir"- deyə Bond bildirib.
 

Xatırladaq ki, Lilibetin vəftiz mərasimi Çarlzsız və Şahzadə Uilyamsız baş tutub. Dəvət olunmaqlarına baxmayaraq, onlar gəlməyiblər. Məclisdə şahzadə Diananın böyük bacıları, Ledi Ceyn Fellows və Ledi Sara Makkorquodeyl, həmçinin Meqanın anası Doria Raqland və xaç atası Tayler Perri iştirak ediblər. Yığıncaqda 30-a yaxın qonaq olduğu və tortun Meqan və Harrinin toyunda olduğu kimi, yalnız çiyələk kremi ilə hazırlandığı bildirilib.


Məclisdə Meqan və Harrinin toyunda səsləndirilən “Oh Happy Day” və “This Little Light of Mine” hitlərini oxuyan evangelistlər xoru da iştirak edib.


Lilibetin doğum gününün bu il də eyni üslubda qeyd olunacağı güman edilir, lakin daha çox şəkillərə ümid etmək olar.
 

Keçən il Lilibet Diana Elizabetin hədiyyələri arasında ən çox çəhrayı rəngli VW Beetle və Sussex pərəstişkarlarının onun şərəfinə xeyriyyəçilik üçün 100.000 dollar daha yaddaqalan olub. Şahzadə Çarlz ona Şahzadə Corc üçün aldığı yelləncəkdən alıb.
 

Xatırladaq ki, Meqan Marklın getdikcə daha çox ziyafətlərə tək qatıldığı, Şahzadə Harrini evdə qoyduğu şaiyələr arasındadır. Ulduzları ziyafətlərə dəvət etmək üçün isə sözün əsl mənasında yalvarmaq lazım gəlirmiş.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...