Simptomları YouTube-da öyrənən qadına nadir xəstəlik diaqnozu qoyuldu - FOTOLAR

Simptomları YouTube-da öyrənən qadına nadir xəstəlik diaqnozu qoyuldu - FOTOLAR

Miçiqan ştatının Royal Oak şəhərindən olan 28 yaşlı Alice Vanderkruijsenə YouTube-da əlamətlərini öyrəndiyi nadir xəstəlik diaqnozu qoyulub. Qadın əməliyyat olunub.



Sfera.az bildirir ki, gənc qız sağlam həyat tərzi sürsə də, 17 yaşında qolları, ayaqları və mədəsinin böyüməyə başladığını müşahidə edib.



Həkimlər çəki problemi olduğunu güman ediblər və ona pəhriz və idmanla bağlı broşürlər veriblər. Amma Alisa sağlam qidalanaraq, müntəzəm idmanla məşğul olub, hətta arıqlamaq üçün dərmanlar da sınaqdan keçirib, lakin əzaları böyüməyə və onu incitməyə davam edib.



O, xəstəliyi səbəbindən təxminən 23 kq çəki alıb. Alice YouTube videosuna baxdıqdan sonra xroniki lipoedema, anormal yağ yığılması ola biləcəyinə qərar verib. Keçən ilin noyabrında isə ona rəsmi diaqnoz qoyulub.



Həkimlər Alisa bu günə qədər yalnız biri qalan lipoedema düyünlərini çıxarmaq üçün altı əməliyyat lazım olduğunu bildirib.



"Mən həmişə aktiv və olduqca fit olmuşam, sonra heç bir həyat tərzi dəyişmədən, get-gedə şişməyə başladım. Deyəsən, mən kökəlməyə başladım, ona görə də mənə daim obez diaqnoz qoyuldu. YouTube-da buna rast gəldim və bu barədə vloqa baxdıqdan sonra həkimlə bu haqda danışdım”.



Diaqnoz qoyulmazdan əvvəl Alisin naməlum xəstəliyi onun daimi ağrılarına səbəb olub. O, işə getmək kimi gündəlik işlərlə mübarizə aparıb və özünü "kosmik kostyumda" hiss etdiyini bildirib.



"Diaqnoz qoyulmazdan əvvəl elə bilirdim ki, ayaqlarım qalındır və selülit var. Amma toxunanda onlar kələ-kötür idi, sanki düyünlər əmələ gəlib. Dərinin altında əmələ gələn şişlərə oxşayır. Piy olan bütün yerlərdə belə hiss olunurdu. Bu, nadir bir xəstəlik olduğu üçün çox qorxulu idi. Davamlı olaraq böyüyürdü. Dizlərimə çox təzyiq edirdi - məndə çoxlu böyümələr var idi"- deyə qadın əlavə edib.



Alice sağlam həyat tərzi sürməyə davam edib və diaqnoz qoyulana qədər heç bir dəyişiklik görmədən görünüşünü qəbul etməyə başlayıb.


"Daim kökəlirdim. Şəxsi məşqçim var. Əvvəlki şəkillərimə baxırdım, sonra altı ay sonra özümə baxdım və daha da pis görünürdüm. Mən də ciddi pəhriz saxlayırdım, amma yenə də özümü əlimə ala bilmirdim. Diaqnoz qoyulanda çox rahatladım, amma eyni zamanda kədərləndim, çünki xarici görünüşə çox diqqət yetirdiyim üçün daha çox həzz ala biləcəyimi düşünürdüm "- deyə britaniyalı bildirib.



Diaqnoz qoyulduqdan sonra Alice lipoedemasını çıxartmaq qərarına gəlib və əməliyyat üçün ştatdan kənara, Roswell, GA Lipedema Cərrahiyyə Mərkəzinə gedib. İlk əməliyyat üçün Alisa 8000 dollar ödəməli olub, qalan əməliyyatlar sığorta tərəfindən qarşılanıb.



"Mənə dedilər ki, məni plastik cərraha göndərə bilərlər və bu problemdən qurtulmağın yeganə yolu əməliyyatdır. Buna su ilə liposaksiya deyilir. Su ilə bir şlanq götürüb dəri altındakı düyünləri qırırlar və sonra onları sovururlar”.



Qadın deyir ki, ilk əməliyyatdan sonra rahatlıq hiss edir.



“Mağazalarda ölçülərimi tapmaq mənim üçün daha asan olsa, əla olardı, özümü daha çox enerjili hiss edəcəm və ağrısız gəzəcəm"- deyə Alice sevincini bölüşüb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR